"Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi
"Qalatasaray" "Milan"dan Rafael Leaonu transfer etdikdən sonra İtaliya klubunun daha bir futbolçusuna göz dikib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı fransalı yarımmüdafiəçi Youssouf Fofananı heyətinə qatmaq üçün "Milan"a satınalma şərti ilə icarə təklifi göndərib.
Məlumata görə, bu mövsüm "Milan"da kifayət qədər oyun şansı qazanmayan Fofana "Qalatasaray"ın təklifini qəbul edib və Türkiyə klubunda çıxış etməyə müsbət yanaşır.
İtaliya klubunun isə "Qalatasaray"ın təklifini hazırda dəyərləndirdiyi bildirilir.
Bazar dəyəri 23 milyon avro olan Fofananın "Milan"la müqaviləsi 2028-ci ilə qədərdir.
Transfer baş tutacağı təqdirdə "Qalatasaray"ın heyət planlamasında dəyişikliklərin olacağı gözlənilir. Bu halda Mario Lemina UEFA üçün təqdim ediləcək heyətə daxil edilməyə və ya onunla yollar ayrıla bilər.
Oxşar xəbərlər
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. BAKU.WS Qol.az-a istinadla xəbər verir ki, bu vəzifəyə...