"Qalatasaray" Messinin formasını hərraca çıxaracaq - FOTO

Qalatasaray Messinin formasını hərraca çıxaracaq - FOTO
Foto
İdman 130

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu "Qalatasaray" klubunu ziyarət edib.

BAKU.WS "Fotomaç.com"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbeklə görüşən nazir Lionel Messinin ona hədiyyə etdiyi imzalı formanı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün keçiriləcək hərraca çıxarılması üçün kluba bağışlayıb.

"Kampaniyaya dəstək verən bütün xalqımızı təbrik edir, hamısına təşəkkürümü bildirirəm. Mən də bu işə Messinin imzalı forması ilə qatılıram", - deyə o "Qalatasaray"ın televiziyasına bildirib.

Dursun Özbek DƏ Mehmet Muharrem Kasapoğluna günün xatirəsi olaraq "Qalatasaray" loqosu olan plaket təqdim edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər