"Qalatasaray" İlkay Gündoğanın transferi üçün son həmləsini edib
İspaniya mətbuatı baş məşqçi Hans Flikin ilk "onbirlik"də düşünmədiyi İlkay Gündoğanın "Barselona"dan ayrılmaq qərarı verdiyini açıqlayıb.
BAKU.WS-in xəbər verir ki, Sport qəzeti futbolçunun bu həftə ərzində hansı kluba keçəcəyi ilə bağlı yekun qərar verəcəyini yazıb. Futbolçunun transfer etmək istəyən klublar içərisinbdə İstanbul nəhəngi "Qalatasaray"ın da adı hallanır.
Marca qəzeti isə Dani Olmonu limit səbəbindən heyətə yaza bilməyən klub prezidenti Laportanın İlkay Gündoğanın maaşının bir hissəsini ödəyərək klubdan göndərmək istədiyi xəbərini yayıb.
Gündoğanın illik maaşının 15 milyon avro olması problem yarada biləcək məqamlardandır. Ancaq Türkiy Super Liqasında vergi məsələlərinin aşağı olması futbolçunun "Qalatasaray"a keçidinin müsbət sonluqla yekunlaşmasına ümidləri artırır.
Oxşar xəbərlər
Super Liqada ən bahalı heyətə malik klublar
Super Liqada zirvə yarışı həyəcanla davam edir. BAKU.WS xəbər verir ki, "Transfermarkt" portalı futbolçuların bazar dəyərinin yeniləndiyi yeni cədvəli açıqlayı...