"Qalatasaray" "Fənərbaxça" üzərində səfərdə böyükhesablı qələbə qazandı - VİDEO

Qalatasaray Fənərbaxça üzərində səfərdə böyükhesablı qələbə qazandı - VİDEO
Video
İdman 173

Futbol üzrə Türkiyə Super Liqasının 17-ci turu İstanbul derbisi ilə yadda qalıb.

BAKU.WS-in məlumatına görə, lider "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nın qonağı olub. Görüş "Cim-Bom"un 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Oliveyra, Kərəm Aktürkoğlu və Mario İkardi imza atıb. Ev sahibi komandadan isə İrfan Kahyəçi oyunun 86-ci dəqiqəsində qırmızı vərəqə alması ilə "fərqlənib".

Bu qələbədən sonra "Qalatasaray" aktivindəki xalların sayını 39-a çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib. "Fənərbaxça" isə 35 xalda qalıb.

Son xəbərlər