“Qalatasaray” “Əl-Nəsr”dən hücumçu alır - FOTO

“Qalatasaray” “Əl-Nəsr”dən hücumçu alır - FOTO
Foto
İdman 85

Növbəti mövsüm üçün Çempionlar Liqası heyəti quran “Qalatasaray” “Əl-Nəsr”in oyunçusu Sedrik Bakambunu heyətinə qatmağa hazırlaşır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən mövsümü "Olimpiakos"da keçirən, daha sonra "Əl-Nəsr" komandasına transfer olan 32 yaşlı konqolu hücumçu ailə problemləri səbəbindən buradan ayrılmaq qərarına gəlib.

Məlumata görə, Sedrik Bakambu təmənnasız getdiyi “Əl-Nəsr”dən ayrılarkən müqaviləni ləğv edib, indi isə İstanbula gəlib.

Konqolu forvardla 2 mövsümlük müqavilə bağlanıb. Bakambuya 1,5 milyon avro zəmanət haqqı ödəniləcək. Təcrübəli hücumçu daha öncə Türkiyənin "Bursaspor" klubunda da çıxış edib.

Qeyd edək ki, o, karyerasında "Sochaux", "Vilyarreal", "BJ Guoan", "Marsel" və ən son "Olimpiakos"da çıxış edib. "Əl Nəsr"lə müqavilə imzalayan Bakambu rəsmi matça çıxmamış müqaviləsini ləğv edib. 32 yaşlı təcrübəli futbolçunun bazar dəyəri 5 milyon avrodur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər