"Qalatasaray" çempion oldu – Bakıda azarkeşlər küçələrə axışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" klubu çempionluğunu rəsmiləşdirib.
BAKU.WS-in məlumatına görə, İstanbul təmsilçisinin bu uğuru Bakıda da böyük sevinc və coşqu ilə qarşılanıb.
Azarkeşlər gecə saatlarında şəhərin mərkəzi küçələrində bayram abu-havası yaradaraq komandanın nailiyyətini qeyd ediblər.
Xatırladaq ki, "Qalatasaray" son oyununda "Kayserispor"u qəbul edib və rəqibini 3:0 hesabı ilə məğlub edib. Görüşdə İstanbul klubunun heyətində qolları 26-cı dəqiqədə Viktor Osimhen, 29-cu dəqiqədə Barış Alper Yılmaz və 89-cu dəqiqədə penalti zərbəsi ilə qapıdan keçirən Fernando Muslera vurub.
Bu nəticə ilə xalını 89-a yüksəldən "Cim-Bom" sona iki tur qalmış Super Liqada çempionluğu təmin edib.
Qeyd edək ki, bu, "Qalatasaray"ın ardıcıl üçüncü, ümumilikdə isə 25-ci Türkiyə çempionluğudur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...