"Qalatasaray" "Barsa"dan bu futbolçunu istəyir - 30 milyon avro təklif etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun "Qalatasaray" klubu "La Liga" nəhəngi "Barselona"da çıxış edən Mark Bernal üçün 30 milyon avro dəyərində təklif göndərib.
BAKU.WS xəbər verir ki, "sarı-qırmızılılar" qış transfer dövründə katalon klubuna rəsmi təklif ünvanlayıb və 18 yaşlı gənc müdafiəçinin maaşını mövcud qazancının üç qatına qədər artırmağı təklif edib.
Lakin "Barselona" təklifi rədd edib. Bundan əlavə, gənc oyunçuya maraq göstərən "Jirona" və "Ayaks" klublarının təklifləri də qəbul edilməyib.
"Barsa"dakı gələcəyi ilə bağlı açıqlama verən Mark Bernal bunları deyib: "Qalmaq istəyirəm, mənim arzularımdan biri bu klubda uğur qazanmaqdır. "Barselona" mənim həyatımın klubu olaraq qalır".
Futbola "Barsa" akademiyasında başlayan Bernal, 2024-cü ildə əsas komandaya yüksəlib. Bu mövsüm 18 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barselona" ilə müqaviləsi 30 iyun 2029-a qədər qüvvədədir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...