"Qalatasaray" axtardığı sol cinah müdafiəçisini "Yanq Boyz"da tapdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Transfer çalışmalarını davam etdirən "Qalatasaray"da gücləndirilməsi planlaşdırılan sahələrdən biri də sol cinahdır... "Yanq Boyz"la matçlarda göstərdiyi performansla diqqət çəkən sol cinah müdafiəçisi Jaouen Hadjam sarı-qırmızılı klubun gündəmindədir.
BAKU.WS xəbər verir ki, "Qalatasaray" fiziki quruluşu və sürəti ilə diqqət çəkən 21 yaşlı əlcəzairli sol cinah müdafiəçisini siyahısına əlavə edib.
“Yanq Boyz” 2023-24 mövsümünün ara transfer dövründə “Nant”dan Jaouen Hadjamı 1,3 milyon avroya transfer edib.
Gənc futbolçunun komandası ilə daha 4 illik müqaviləsi var. 21 yaşlı sol cinah müdafiəçisinin hazırkı bazar dəyəri 2 milyon avro olaraq göstərilir.
Ötən mövsüm “Yanq Boyz”da 18 matçda 2 qol vuran Jaouen Hadjam bu mövsüm 7 matçda 474 dəqiqə meydanda qalıb.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...