Protein qəbul edənlərin NƏZƏRİNƏ - Tanınmış məşqçi xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada tanınmış fitnes məşqçisi Yevgeniya Abdullayeva protein qəbulu üçün əks göstərişləri sadalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sport-Ekspress" portalı yazıb.
O, ilk növbədə, dad əlavələrinə qarşı allergik reaksiyalar və bəzi inqrediyentlərə fərdi dözümsüzlüyü qeyd edib. Y. Abdullayeva vurğulayıb ki, böyrək xəstəlikləri, aşağı arterial təzyiq və ürək-damar sistemi xəstəlikləri zamanı protein içmək olmaz.
"Mən proteini ilk növbədə qidalanma və məşq proqramını necə qurmağı başa düşməyən və yalnız protein qəbulu ilə əzələ kütləsinin artması və yağların aktiv yandırılması prosesinin başlayacağını düşünənlərə tövsiyə etməzdim", - deyə fitnes məşqçisi bildirib.
Buna qədər fitnes məşqçisi Anton Popov amerikalı aktyor Arnold Şvartsneggerin əzələ kütləsini artırmaq üçün məşqlərinin sirrini açıqlayıb. Məlum olub ki, məşq iki hərəkət və 10 dəqiqəlik gəzintidən ibarətdir. Qeyd olunur ki, birinci oturub-qalxmaq, ikincisi isə jim hərəkətləridir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...