Premyer Liqada bu gün iki oyun: "Qarabağ" səfərdə, "Neftçi" evdə oynayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün daha iki qarşılaşma keçiriləcək.
BAKU.WS xəbər verir ki, turun ilk oyununda "Qarabağ" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da başlayacaq. Hazırda meydan sahibləri 23 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıbsa, Ağdam təmsilçisi 39 xalla ikinci sıradadır.
Günün ikinci matçında isə "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Saat 19:00-da start götürəcək oyunda paytaxt klubu 24 xalla 7-ci, qonaqlar isə 14 xalla 10-cu pillədə yer alır.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı 4:1, "Zirə" "Sumqayıt"ı 3:2, "Turan Tovuz" isə "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib. "İmişli" – "Kəpəz" matçında isə qalib müəyyənləşməyib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...