Premyer Liqa: "Zirə" "Sumqayıt"la heç-heçə etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Zirə" 5-ci pillədə qərarlaşıb. İlk xalını qazanan "gənclik şəhəri" təmsilçisi 7 - 9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub - 1:2. III turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.
Oxşar xəbərlər
"Qəbələ" "Kəpəz"ə qalib gələrək birinci pilləyə yüksəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Qəbələ" ilə...