Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib

"Qarabağ" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.
37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.
Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Oxşar xəbərlər
III MDB Oyunları: Kamandan oxatma yarışlarında bu gün 4 komanda finala yüksəlib
III MDB Oyunlarının kamandan oxatma üzrə yarışlarında finala yüksələn komandalar müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qızlarin yarışında Sü...
