Premyer Liqa: "Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Misli Premyer Liqasında XX turun daha iki oyunu bu gün keçiriləcək.
BAKU.WS xəbər verir ki, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gələcək.
Yevlax şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 27 xalla 7-ci, Gəncə klubu 13 xalla 11-ci pillədə qərarlaşıb.
Saat 17:00-da isə "Araz-Naxçıvan" - "Sumqayıt" oyunu baş tutacaq. "Gənclik şəhəri" təmsilçisi 30 xalla 5-ci, Naxçıvan komandası 27 xalla 6-cı yerdədir.
Misli Premyer Liqası
II dövrə, XX tur
15 fevral
14:30. "Kəpəz" – "Neftçi"
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax şəhər stadionu
17:00. "Araz-Naxçıvan" – "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Liv Bona Dea Arena"
Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.
Oxşar xəbərlər
Alim Nəbiyev MMA üzrə ardıcıl olaraq üçüncü qələbəsini qazandı - VİDEO
Batumidə GFC üzrə ("Georgian Fighting Championship") və "Grand Bellagio Championship" turniri keçirilib. BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu çempiona...