Premyer Liqa: Lider "Sabah" "İmişli"ni böyük hesabla üstələyib

Premyer Liqa: Lider Sabah İmişlini böyük hesabla üstələyib
İdman 17

Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında "Sabah" "İmişli"nin qonağı olub.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

"Bayquşlar"ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (p) və 35-ci dəqiqədə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə Aleksey İsayev (p) vurub.

Çempionatın lideri olan "Sabah" xallarının sayını 59-a çatdırıb. "İmişli" 22 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.

Son xəbərlər