Premyer Liqa: "Kəpəz" "Zirə" səfərindən xal qazandı
Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" səfərdə "Zirə" ilə bərabərə qalıb.
BAKU.WS xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Zirə"nin qollarını Eren Aydın (5) və Ruan Renato (90+6) vurublar. Qonaqların heyətində isə Rauf Hüseynli (32) və Dioqo Verdaska (51) fərqləniblər.
Bu turdan sonra "Zirə" 39 xalla dördüncüdür. 17 xala malik "Kəpəz" isə onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Barselona"da ciddi itkilər: "Nyukasl Yunayted"lə matçda dörd oyunçusu iştirak etməyəcək
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində "Barselona" "Nyukasl Yunayted"ə qarşı keçirəcəyi ilk matçda ciddi problemlə üzləşib. BAKU.WS xəbər veri...