Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Karvan-Yevlax" Misli Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bölgə təmsilçisi XXVIII turda "Şamaxı"nı qəbul edib.
Ötən tur "Kəpəz"ə qalib gələn (4:1) meydan sahibləri bu dəfə rəqibini minimal hesabla üstələyib 1:0.
Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Karvan-Yevlax" sonuncu-12-ci pillədə qərarlaşıb. "Şamaxı" 32 xalla 7-ci sıradadır.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...