Premyer Liqa: "İmişli" "Sumqayıt"la, "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək
Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, ilk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq.
Qarşılaşma saat 16:30-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 7 xalla üçüncü, meydan sahibləri 4 xalla altıncı pillədə qərarlaşıb.
Günün ikinci matçında "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. Bu görüş saat 19:00-da başlayacaq. Tovuz klubu 6 xalla dördüncü, "qırmızı-qaralar" 11 xalla on birinci sıradadır.
Misli Premyer Liqası
1-ci dövrə, IV tur
13 sentyabr
16:30. "İmişli" – "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu
19:00. "Turan Tovuz" – "Qəbələ"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Azərsun Arena"
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında XIII tur başa çatıb
Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub. BAKU.WS xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib. Bakı İdman Sarayında...