Premyer Liqa: "Araz-Naxçıvan" bu gün "İmişli"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək

Misli Premyer Liqasında VII tura bu gün start veriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "İmişli" səfərdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək. Qonaqlar 8 xalla yeddinci, Naxçıvan təmsilçisi 11 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Zirə" "Neftçi"ni qəbul edəcək. Bu matç saat 19:00-da başlayacaq. Meydan sahibləri 12 xalla ikinci, "ağ-qaralar" 7 xalla səkkizincidir.
Misli Premyer Liqası
I dövrə, VII tur
3 oktyabr
17:00. "Araz-Naxçıvan"– "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Liv Bona Dea Arena"
19:30. "Zirə" – "Neftçi"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.
Oxşar xəbərlər
Addainin bu möhtəşəm qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi
"Qarabağ" klubunun hücumçusu Emmanuel Addainin UEFA Çempionlar Liqasında vurduğu qol həftənin ən yaxşısı adına layiq görülüb. BAKU.WS xəbər verir ki, bu uğur az...
