Portuqaliyalı baş məşqçi Qətərdəki dünya çempionatının tarixinə düşüb

Portuqaliyalı baş məşqçi Qətərdəki dünya çempionatının tarixinə düşüb
İdman 270

Cənubi Koreya milli komandasının baş məşqçisi Paulu Bentu Qətərdə keçirilən dünya çempionatının tarixinə düşüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis cari mundialda qırmızı vərəqə alan ilk baş məşqçi olub.

Qana ilə matçın baş hakimi Entoni Teylor son dəqiqələrdə Asiya təmsilçisinin künc zərbəsini yerinə yetirməsinə imkan verməyib. Meydana daxil olaraq referinin qərarına sərt etiraz edən Bentu birbaşa qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, görüş Cənubi Koreyanın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər