Portuqaliya mətbuatı: "Türkiyə ikinci səbətdə yer alan ən güclü rəqiblərdən biridir"
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya və Çexiya mətbuatında AVRO-2024-ün qrup mərhələsi çərçivəsində onlarla eyni qrupda yer alan Türkiyə millisi barədə maraqlı afişa diqqət çəkib.
BAKU.WS-in məlumatına görə, xəbərdə "Türkiyə ikinci səbətdə yer alan komandalar arasında ən güclü rəqiblərdən biridir", - deyə qeyd olunub.
Türkiyənin güclü oyun quruluşu və azarkeş dəstəyi də vurğulanıb.
Çexiya millisinin kapitanı Tomas Soucek türk futbolunun yüksəlişdə olduğunu bildirib: "Komandalardan biri bilinməsə də, balanslı bir qrup olacağını düşünürəm. Türkiyə son zamanlar yüksəlişdədir. Gənc oyunçularla yaxşı dövr keçirirlər, bir il əvvəl onlara qarşı oynamışdıq. Şübhəsiz ki, çox çətin bir rəqibdir, amma onlara qarşı müvəffəqiyyətli olmaq şansımız olduğuna inanıram".
Türkiyə-Çexiya matçına (26 iyun 2024) ev sahibliyi edəcək Hamburq şəhərinin qəzetləri də püşkatmada Türkiyənin bu bölgəyə seçilməsini müsbət qarşılayıb.
Oxşar xəbərlər
AVRO-2024-ə vəsiqəni təmin edən 9 ÖLKƏ
İndiyədək AVRO-2024-ə vəsiqəni 9 ölkə təmin etməyi bacarıb. BAKU.WS həkim ölkələri təqdim edir. 9. Şotlandiya İspaniya və Norveç kimi iki güclü rəqiblərini üstə...