Poqba "Monako" müqaviləsinə qarşılıqlı qaydada xitam verib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransalı yarımmüdafiəçi Pol Poqba ilə "Monako" klubu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qərar yeni mövsümün ilk rəsmi matçından əvvəl qəbul edilib. 33 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədə olmalı idi. Tərəflər ilkin olaraq qarşıya qoyulan məqsədlərə yalnız qismən nail olunduğu qənaətinə gəliblər.
Poqba "Monako"ya təşəkkür edib: "Klubun prezidenti və rəhbərliyinə, komanda yoldaşlarıma, bütün əməkdaşlara və mənə inanan azarkeşlərə təşəkkür edirəm. Bu klubu və Knyazlığı təmsil etmək mənim üçün möhtəşəm təcrübə oldu. "Monako" xüsusi klubdur. Ümid etdiyim qədər çox oyun keçirə bilməsəm də, bu formanın rənglərini geyinmək imkanına görə həmişə minnətdar olacağam".
Poqba klubun heyətində cəmi 6 oyun keçirib və heç bir məhsuldar fəaliyyətlə yadda qalmayıb. Qarşılaşmaların bir qismini zədə səbəbindən buraxıb.
2018-ci il dünya çempionu 2025-ci ilin yayından "Monako"nun futbolçusu idi. O, dopinq testinin müsbət nəticəsinə görə aldığı diskvalifikasiyanı başa vurduqdan sonra kluba azad agent kimi keçmişdi.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...