PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu gün ayağından əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
Onun sözlərinə görə, PFL rəhbərinin əməliyyatı uğurlu keçib, E.Səmədov aprelin 27-dən etibarən iş başında olacaq.
Xatırladaq ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...