Pərviz ona edilən haqsızlıqdan danışdı: Mən azərbaycanlı olduğum üçün... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Pərviz Abdullayev Türkiyənin "TV8" telekanalında yayımlanan məşhur "Survivor" yarışmasından kənarda qalması ilə bağlı "Survivor Panorama"ya açıqlama verib.
BAKU.WS xəbər verir ki, azərbaycanlı iştirakçı yarışdan kənarda qalmasına əsas səbəb kimi dörd xanımın ona qarşı əsassız birləşməsini göstərib.
Pərviz Abdullayev bildirib ki, Ezgi və Aşkımın onun şəklini atarkən gətirdikləri səbəb gülünc olub: "Mənim göstərdiyim nəticələri əsas götürərək Ezgi və Aşkımın şəklimi atmaqlarını demələri çox gülünc idi. Qızlar sadəcə startegiya qurub məni yarışdan kənarlaşdırdılar. Dördü birləşdilər və Berkanın da başqa şəkil atacaqlarını bilirdilər. Ersin də demişdi ki, biz açıq oynayırıq və Ezginin şəklini atacaqlarını ona bildirdilər.
Onların qurduğu strategiya bundan ibarət oldu ki, mən azərbaycanlıyam, yəni başqa ölkənin vətəndaşıyam. Biz bir millət, iki dövlət olsaq da, amma onlar fikirləşdilər ki, Pərviz azərbaycanlıdır. Onun adını yazsaq, Ezginin qalması üçün şans var.
Bir şeyi deyim ki, mənim yarışmadakı hədəfim çempion olmaq idi. Amma oradakı qızların (Ezgi və Aşkım) hədəfi birləşmə gecəsini görmək idi".
Oxşar xəbərlər
“Pantera” Tünzalə: O qızla videom “Tik Tok”da 6 milyon baxış yığdı - FOTO
Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsi: – Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin... – Biləsuvarda anadan...