Parisdə qızıl medal qazanan parataekvondoçu qalibiyyətini şəhid ailələrinə həsr edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov qalibiyyətini şəhid ailələrinə həsr edib.
Bu barədə idmançı jurnalistlərə açıqlamasında bildirib.
O ilk sevincini ailəsi ilə bölüşdüyünü vurğulayıb: "Onlar hədsiz sevincli idilər. Hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss edirdim. Bu da öz növbəsində məndə əlavə motivasiya yaradırdı. Finalda isə heç bir tərəddüd olmadı, özümə çox güvənirdim. Bilirdim ki, mən çempion olacam".
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...