Parisdə medal qazanan paralimpiyaçı: "Azərbaycanı layiqincə təmsil etmək üçün çalışacağam"
Yeniliklərdən dərhal xəbərdar olun
Çalışacağam Azərbaycanı layiqincə təmsil edim. Bunun üçün əlimdən gələni edəcəyəm.
BAKU.WS xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan paraüzgüçüsü Raman Saley deyib.
30 yaşlı idmançı paralimpiada tarixində beşinci dəfə fəxri kürsüdə yer aldığını xatırladıb.
O, Paris-2024-də daha üç dəfə mübarizə aparacağını söyləyib.
Qeyd edək ki, Raman Saley Paris paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 2-də S13 kateqoriyasında 50 m sərbəst, sentyabrın 4-də 100 m sərbəst, sentyabrın 7-də isə 100 m batterflyay üsullarında çıxış edəcək.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...