Paris-2024: İspaniyanın futbol millisi çempion olub
Yeniliklərdən dərhal xəbərdar olun
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının qalibi müəyyənləşib.
“Report” xəbər verir ki, finalda İspaniya və Fransa milliləri qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3. İspaniya komandasından Fermin Lopes də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.
Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib - YENİLƏNİB-6
Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib. Yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Tofiq Bəhr...