Paris-2024: Lamiyə Vəliyeva ikinci medal uğrunda mübarizəyə başlayacaq
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq.
İdmançı bacarığını 400 metr məsafədə göstərəcək.
Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.
Oxşar xəbərlər
Tofiq Bəhramovun nəvəsinə babasının adını daşıyan stadionda vəzifə verildi
Tofiq Bəhramovun nəvəsi yeni vəzifəyə təyin olunub. BAKU.WS-in məlumatına görə, o, babasının adını daşıyan Tofiq Bəhramov adına Respublika Stadionuna direktor m...