Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
"Report"un məlumatına görə, hələlik komandanın aktivində iki qızıl, iki gümüş və iki bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.
Ukrayna (üç qızıl, beş gümüş, dörd bürünc) 21-ci, İran (üç qızıl, beş gümüş, iki bürünc) 22-ci, Gürcüstan (üç qızıl, iki gümüş, bir bürünc) 24-cü, qardaş ölkə Türkiyə (üç gümüş, beş bürünc) 64-cü, Ermənistan (üç gümüş, bir bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.
Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb. BAKU.WS report-a istinadən xəbər verir ki...