"Panatinaikos"un Fatih Terimdən sonra yeni baş məşqçisi o oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Panatinaikos" Fatih Terimlə yollarını ayırdıqdan sonra Kristos Kontisi yeni baş məşqçi təyin edib.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Sonuncu dəfə Yunanıstan komandalarından olan "Volos NPS"də çıxış edən Kontis 10 matçda 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət alıb.
Qeyd edək ki, F.Terim ötən ilin dekabrında "Panatinaikos"un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 71 xalla 4-cü pillədə qərarlaşıb və çempionluq şansını itirib. Ancaq komanda ölkə kubokunun finalına yüksəlib. "Panatinaikos" mayın 25-də finalda "Aris"lə qarşılaşacaq.
Oxşar xəbərlər
Yunanıstana yollanan Fatih Terim geri qayıdır
Yunanıstanın "Panatinaikos" komandasının təcrübəli mütəxəssisi Fatih Terimlə ayrılmaq qərarına gəldiyi iddia edilib. BAKU.WS bu barədə Türkiyə mediasına istinad...