Özbəkistan millisi DÇ-2026 zamanı "Atlanta"nın bazasında məşq edəcək

Özbəkistan millisi DÇ-2026 zamanı Atlantanın bazasında məşq edəcək
İdman 8

Özbəkistan Futbol Assosiasiyası və "Atlanta Yunayted" sosial şəbəkələrdə yaydıqları açıqlamada Özbəkistan millisinin 2026-cı il dünya çempionatı müddətində Amerika klubunun bazasında məşq edəcəyini elan ediblər.

BAKU.WS xəbər verir ki, baza iyunun 10-dan etibarən milli komandanın istifadəsinə veriləcək.

"Atlanta Yunayted" paylaşımında "Xoş gəldin, Özbəkistan" ifadəsinə yer verib.

Dünya çempionatında Özbəkistan millisi K qrupunda Kolumbiya milli komandası, Portuqaliya milli komandası və Konqo Demokratik Respublikası milli komandası ilə mübarizə aparacaq. Komanda ilk oyununu iyunun 18-də Kolumbiyaya qarşı keçirəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyunda başlayacaq və 19 iyuladək davam edəcək. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Hazırkı dünya çempionu isə Argentina milli komandasıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər