Ötən mövsüm meydançaya girib hakimi döyən sabiq prezident özünə təzə klub alır
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən mövsüm meydançaya daxil olaraq baş hakim Halil Umut Meləri yumruqlayan və futboldan ömürlük kənarlaşdırılar "MKE Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca Xorvatiya Liqasında mübarizə aparan "İstra 1961" komandasını satın alır.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, artıq Faruk Koca bununla bağlı hərəkətə keçib.
Məlumata görə, Faruk Koca Xorvatiyanın Pula şəhərinə gedib və hazırda daha çox Baskoniya-Alaves qrupuna məxsus olan "İstra 1961" klubu üçün ciddi təklif verib.
"İstra 1961" Xorvatiya Liqasında 10 oyun, 3 qələbə, 3 heç-heçə və 4 məğlubiyyətdən sonra 12 xalla 6-cı yerdədir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...