Osimhenin "Qalatasaray"dakı gələcək talehinə aydınlıq gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu mövsüm icarə əsasında "Qalatasaray"ın formasını geyinən 24 yaşlı futbolçu Viktor Osimhen İstanbul klubuna transfer olunmağa müsbət yanaşır.
BAKU.WS xəbər verir ki, bunu jurnalist Florian Plettenberq yazıb. Mənbənin məlumatına görə, nigeriyalı futbolçu özünü İstanbulda komfortlu hiss edir və ona azarkeşlərin sevimlisi olmaq xoşdur. Bundan başqa Osimhenin klubda çoxlu dostları var və "Qalatasaray" onun transfer hüququnu almaq üçün ciddi cəhd göstərir.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm bütün turnirlərdə 9 oyunda meydana çıxıb və bu görüşlərdə səkkiz qol vurub. Transfermarkt portalına əsasən dəyəri 75 milyon avro olan futbolçunun "Napoli" ilə müqaviləsi 2026-ci lin yayında bitir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...