Osimhenə fantastik təklif - Milyonları önünə səpirlər
"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenlə bağlı İtaliya mətbuatında diqqətçəkən transfer iddiası yayılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqaviləsi "Napoli"yə aid olan Osimhen üçün ən ciddi təklifin "Mançester Yunayted"dən gəlib.
"Qırmızı şeytanlar"ın Osimhen qarşılığında "Napoli"yə 75 milyon avroluq transfer haqqı ödəməyə hazır olduğu bildirilib.
Məlumata görə, Premyer Liqada oynamaq istəyən nigeriyalı mərkəz hücumçusu ilə İngiltərənin "Çelsi", "Nyukasl Yunayted" və "Arsenal" kimi komandaları maraqlanır. Bununla belə, Osimhenə ən ciddi marağın "Mançester Yunayted"dən gəldiyi, "qırmızı şeytanlar"ın ulduz futbolçuya illik 15 milyon avro maaş təklif etdiyi bildirilib. "Mançester Yunayted"in transfer haqqı olaraq "Napoli"yə 75 milyon avro ödəməyə hazırdır.
Oxşar xəbərlər
BBC "Qarabağ" - "Çelsi" oyununun ən yaxşılarını açıqladı - Leandro birinci, Yankoviç ikincidir
İngiltərənin məşhur BBC nəşri Çempionlar Liqasının ötən gecə baş tutan "Qarabağ" - "Çelsi" qarşılaşmasını dəyərləndirib. Nəşr yazır ki, London klubu Azərbaycan...