Orxan Məmmədov: Futbolçularımız hər addımda qətiyyət və bacarıq nümayiş etdirdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər.
BAKU.WS "Raeport"a istinadən xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov "Birbaşa Bakı"nın Çempionlar Liqasının qalibi olması ilə bağlı şəxsi "X" hesabında yazıb.
"Avropa çempionları! "Bakının "Birbaşa" komandası Çempionlar Liqasının finalında Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər. Biz Avropa çempionu olmaqdan qürur duyuruq! Təbriklər!", - deyə AMF rəhbəri bildirib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...