"Omoniya"nın baş məşqçisi: Sabahkı oyunda nəticə qazanmağa çalışacağıq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahkı oyunda nəticə qazanmağa çalışacağıq.
"Report" xəbər verir ki, bunu "Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvək mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis Bakıya gəldikləri üçün məmnun olduqlarını bildirib: "Qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir.
Məncə, maraqlı qarşılaşma olacaq. İkinci matç birincidən fərqlənir. Artıq demək olar ki, rəqiblər də bir-birini tanıyırlar. "Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq. Biz yaxşı oynamağa çalışacağıq".
Qeyd edək ki, avqustun 29-da "Dalğa Arena"da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...