"Omoniya"nın qapıçısı viza ala bilmədiyi üçün Azərbaycana gələ bilməyib
Yeniliklərdən dərhal xəbərdar olun
"Omoniya" klubunun nigeriyalı qolkiperi Fransis Uzqoho viza ala bilmədiyi üçün Azərbaycana gələ bilməyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Kipr təmsilçisi "Omoniya"nın baş məşqçisi Harninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"la keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Futbolçularımızdan Tasos zədəlidir. Fransis Uzqoho viza ala bilməyib. Amma bu gün gecə gəlmə ehtimalı var".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...