Olimpiya Komitəsindən ÇAĞIRIŞ: Rusiya və Belarus idmançılarını yarışlara dəvət etməyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi bəyanat yayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, BOK beynəlxalq idman federasiyalarına və idman tədbirlərinin təşkilatçılarına Rusiya ilə Belarus idmançılarını və rəsmilərini yarışlara dəvət etməməyi, onların iştirakına icazə verməməyi tövsiyə edib.
“Qlobal idman yarışlarının bütövlüyünü və bütün iştirakçıların təhlükəsizliyini qorumaq üçün BOK-un İcraiyyə Komitəsi beynəlxalq idman federasiyalarına və tədbir təşkilatçılarına Rusiya ilə Belarus idmançılarını, eləcə də rəsmi şəxsləri dəvət etməməyi, onların iştirakına icazə verməməyi tövsiyə edir. Rusiya və ya Belarus vətəndaşları istər fərdi, istərsə də komanda şəklində yalnız neytral idmançı və ya neytral komanda kimi qəbul edilməlidir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumunu qınayan bir çox idman təşkilatları rusların beynəlxalq yarışlardakı ev sahibliyini əlindən alıb. Eyni zamanda, bəzi futbol federasiyaları bu ölkənin komandalarına qarşı oynamaqdan imtina edib.
Oxşar xəbərlər
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib - FOTO
Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib. MPK-dan BAKU.WS-ə verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhim...