Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
İdman 16

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən xəbərə görə, ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb.

O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Lamine Yamalın ailəsi təhlükədə

Lamine Yamalın ailəsi təhlükədə

Məşhur futbolçu Lamine Yamalın ailəsi təhdid olunur. BAKU.WS xəbər verir ki, Kataloniya "Barselona"sının və İspaniya millisinin 17 yaşlı hücumçusunun nənəsi Lam...

41 İdman 15:22 21 sentyabr 2024

Son xəbərlər