Noa Lanq "Qalatasaray"ın ulduz futbolçusuna çevrilir
"Qalatasaray" mövsümün gedişində etdiyi transferlərlə diqqət çəkməyə davam edir. "Napoli"dən məcburi olmayan satınalma şərti ilə icarəyə götürülən holland futbolçu Noa Lanq qısa müddətdə klub rəhbərliyinin etimadını qazanıb.
BAKU.WS xəbər verir ki, cəmi iki oyunda göstərdiyi performans "sarı-qırmızılılar"ın planlarını dəyişib.
Rizə səfərində meydanda uğurlu oyunu ilə seçilən 26 yaşlı hücumçu iki qol epizodunda həlledici rol oynayıb. Onun bu oyunu həm azarkeşlər, həm də klub daxilində böyük rezonans doğurub. Hətta komanda daxilində Noa Lanq üçün "Hollandiya Neymari" ifadəsi işlədildiyi bildirilir.
Klub rəsmilərinin futbolçunun texnikası, sürəti və kreativliyi ilə hücum xəttinə ciddi dinamika qatacağını düşündüyü vurğulanır.
Baş məşqçi Okan Buruk holland futbolçunun yalnız sol cinahda deyil, eyni zamanda "10 nömrə" mövqeyində də istifadə olunmasını planlaşdırır. Mütəxəssislərin fikrincə, bu dəyişiklik "Qalatasaray"ın hücum oyununa əlavə kreativlik qazandıra bilər.
Qeyd edək ki, Noa Lanq mövsümün əvvəlində Avropanın aparıcı klublarının diqqət mərkəzində idi. Aralarında "Roma" və "Benfika"nın da olduğu 7 klubun marağına baxmayaraq, futbolçu karyerasını Türkiyədə davam etdirməyi seçib.
"Qalatasaray" onu 2 milyon avro icarə haqqı və 1 milyon 750 min avro illik maaş qarşılığında heyətinə qatıb.
Futblçu bu performansını davam etdirəcəyi təqdirdə, "Qalatasaray"ın 30 milyon avroluq satınalmanı aktivləşdirəcəyi gözlənilir. Klubun yay transfer pəncərəsində "Napoli" ilə danışıqlara başlayacağı, məbləğin aşağı salınması üçün isə ciddi səylər göstərəcəyi bildirilir.
Oxşar xəbərlər
"Şamaxı" – "Qarabağ" oyunu təxirə salına bilər
Bu gün keçiriləcəyi planlaşdırılan "Şamaxı" – "Qarabağ" oyunu sual altına düşüb. BAKU.WS xəbər verir ki, Şamaxı şəhər stadionunda hazırkı vəziyyət bunu deməyə...