Niyaməddin Musayev gənc ifaçılara xəbərdarlıq etdi
Xalq artisti Niyaməddin Musayev "Hər şey daxil" verilişinin qonağı olub.
BAKU.WS axşam.az-a istinadən bildirir ki, müğənni onun mahnılarını oxuyan gənc ifaçılara xəbərdarlıq edib.
O bildirib ki, bəstələri olduğu kimi yox, fərqli formada səsləndirirlər:
"Mənim mahnılarımı oxuyurlar, çox sağ olsunlar. Amma xahiş edirəm, sözlərini düz oxusunlar, mahnını korlamasınlar. Məndən sonra bu bəstələri gələcək nəsilə onlar çatdıracaqlar. Buna görə diqqətlə yanaşsınlar. Çıxıb sözləri pis oxuyurlar, mənasını bilmirlər, ağızlarına gələni tələffüz edirlər. Dəfələrlə zəng vurub demişəm ki, düzəldin. Bilmədikləri sözü məndən soruşsunlar, kitabdan axtarsınlar. Çıxır oxuyur, sözün deyilməsi ilə fəlsəfi mənası üst-üstə gəlmir. Aranjiman edirlər, mahnı dəyişir. Özlərindən "qəmbərqulu" düzəldirlər".
BAKU.WS
Oxşar xəbərlər
“Toya 20 minə gedirəm, 200 minlik maşın sürürəm” (VİDEO)
"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı tanınmış müğənni Abdul Xalid olub. Hər zaman qalmaqallardan uzaq olan sənətçi, bu dəfə əyri oturub düz dan...