Nəsimi rayonunda polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib

Nəsimi rayonunda polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib
Foto Video
İdman 62

Nəsimi Rayon Polis İdarəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə rayon polis idarəsinin, icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər.

Yarışda Nəsimi Rayon Polis İdarəsinin 85 əməkdaşı 5 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Rafael Fiziyevin Bakıdakı UFC gecəsində RƏQİBİ BİLİNDİ

Rafael Fiziyevin Bakıdakı UFC gecəsində RƏQİBİ BİLİNDİ

Azərbaycanda böyük döyüş gecəsi olacaq. Bakı yaxın zamanda UFC turnirinə ev sahibliyi edəcək. Artıq əsas və ikinci dərəcəli döyüşlər elan olunub. BAKU.WS xəbər...

108 İdman 15:57 05 may 2026

Son xəbərlər