Nəriman Axundzadənin yeni klubundakı illik maaşı açıqlanıb
13
may
2026
11:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-ın "Columbus Crew" klubundakı maaşı ilə bağlı məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə MLS Oyunçular Assosiasiyasının rəsmi hesabatında qeyd olunub.
Məlumata əsasən, 22 yaşlı hücumçunun ABŞ klubundakı illik gəliri 550 min dollar təşkil edir. Vergilər daxil hesablandıqda bu məbləğ 633 389 dollara yüksəlir.
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında "Qarabağ"dan "Columbus Crew"ə transfer olunub. Onun MLS klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Oxşar xəbərlər
Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb. BAKU....