Nəriman Axundzadənin "Erzurumspor"la müqaviləsinin DETALLARI BİLİNİB
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin Türkiyənin "Erzurumspor" klubu ilə imzaladığı müqavilənin yeni detalları məlum olub.
BAKU.WS xəbər verir ki, Türkiyə təmsilçisi 22 yaşlı futbolçunun transfer hüquqlarını gələcəkdə tam əldə etmək imkanına malikdir.
Məlumata görə, "Erzurumspor" Nəriman Axundzadəni ABŞ-nin MLS təmsilçisi "Kolambus Kryu"dan bir mövsümlük icarə əsasında heyətinə qatıb. Tərəflər arasında imzalanan müqavilədə satınalma maddəsi də yer alıb. Bu bəndə əsasən, Ərzurum klubu gələn ilin yayında müəyyən olunmuş təzminat məbləğini ödəməklə azərbaycanlı hücumçunun transfer hüquqlarını tam şəkildə əldə edə biləcək.
Xatırladaq ki, "Kolambus Kryu" Nəriman Axundzadəni bu ilin əvvəlində "Qarabağ"dan 2,5 milyon avro qarşılığında transfer etmişdi. Hazırda isə 22 yaşlı futbolçunun transfer bazarındakı dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.
"Erzurumspor" rəhbərliyi Axundzadənin uğurlu çıxış edəcəyi təqdirdə satınalma hüququndan istifadə etməyi planlaşdırır.
Oxşar xəbərlər
Futboldan uzaqlaşdıqdan sonra gəliri 30 dəfə artdı
İngiltərəli keçmiş futbolçu Madelen Raytın gəliri 30 dəfə artıb. BAKU.WS xəbər verir ki, İngiltərənin "Çarlton Atletik" (Charlton Athletic) klubunun sabiq üzvü...