Nəriman Abbasov: "UFC kəmərini qazanıb, qardaşıma həsr etmək istəyirəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qardaşım Arzuman üçün döyüşürəm. Hər qələbə qazananda bilirəm ki, o mənə baxır və sevinir. Bu, mənim ən böyük qələbəmdir. O, mənə həmişə deyirdi ki, nə vaxtsa UFC-də döyüşəcəksən. Şükürlər olsun ki, gəlib UFC-yə çıxmışam".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov deyib.
O, UFC üçün tanıtım məqsədilə çəkilmiş videoçarxda sentyabrın 6-da keçiriləcək döyüşündən danışıb:
"Adım Nəriman Abbasovdur. IK Fighting və "Qəbələ" İdman Klubunu təmsil edirəm. "Dana White's Contender Series" turnirinə ancaq qələbə dalınca gəlmişəm. Həmin gün axşam möhtəşəm qələbəmi görəcəksiniz. Universalam, UFC-də hər cür – ayaqüstü və parterdə döyüşməyə hazıram. Hər bir idmançı ilə də döyüşməkdən çəkinmirəm".
Abbasov 2020-ci ilin fevralında dəm qazından dünyasını dəyişmiş qardaşının ona güc verdiyini bildirib:
"O, evdə çimərkən dəm qazından zəhərlənib və dünyasını dəyişib. Əlbəttə, mənim üçün çox böyük itki olub. Onunla çox yaxın idik. Ölümündən sonra hardasa 2-3 ay özümə gələ bilməmişəm. Vaxt olub ki, idmandan uzaqlaşmaq istəmişəm. Sonra müəllimim Şəhriyar Abbasov mənə deyib ki, qələbə qazanmaqla onu sevindirməlisən. Mən ancaq qələbə qazanmaqla onu sevindirmək istəyirəm".
"Hazırda 31 peşəkar döyüşdən 28 qələbə və 3 məğlubiyyətim var. "AMC Fight Nights"ın çempionuyam. 4 dəfə kəmərimi müdafiə etmişəm. UFC kəmərini qazanıb, qardaşıma həsr etmək istəyirəm. Bu mənə çox güc verir. UFC-də döyüşəcək ilk azərbaycanlı kimi tarix yazıram".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...