"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" ilə qarşılaşacaq
UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində "Neftçi"nin rəqibi bəlli olub.
BAKU.WS xəbər verir ki, Bakı təmsilçisi növbəti turda Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşacaq.
"Dinamo" I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan Belarus təmsilçisi cavab matçında 1:0 hesablı qələbə qazanaraq oyunu əlavə vaxta daşıyıb. Qalib penaltilər seriyasında müəyyənləşib və "Dinamo" rəqibini 6:5 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə əldə edib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək.
Oxşar xəbərlər
"Barselona" Messi ilə Yamalın məşhur fotosunu paylaşıb "Sehrli" adlandırdı
İspaniya və Argentina milliləri arasında keçiriləcək DÇ-2026 finalı ərəfəsində "Barselona" azarkeşlərin yaddaşında xüsusi yer tutan fotonu yenidən gündəmə gətir...