"Neftçi" üçüncü qələbəsini qazanıb

Neftçi  üçüncü qələbəsini qazanıb
İdman 31

"Neftçi" Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

BAKU.WS xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv XX turda "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubunun heyətində 27 və 38-ci dəqiqələrdə Bassala Sambu, 40-cı dəqiqədə Emin Mahmudov fərqlənib. Gəncə təmsilçisində Rauf Hüseynli 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, Məqsəd İsayev 72-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanda qovulub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Neftçi" hələlik 5-ci pillədə qərarlaşıb. Qonaqlar əvvəlki turlarda "Qəbələ" (1:0) və "Araz-Naxçıvan"ı (4;0) üstələyib. "Kəpəz" isə 13 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.

Son xəbərlər