"Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb
29
apr
2026
17:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" - "Qarabağ" matçının təyinatları məlum olub.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.
Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 30-da "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb. BAKU....