"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
"Neftçi" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
BAKU.WS xəbər verir ki, "ağ-qaralar" IV turda "Şəfa"nı məğlub edib - 4:1.
Meydan sahiblərinin qollarını 35-ci dəqiqəəd Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) fərqlənib. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev adını tabloya yazdırıb.
Xallarının sayını 9-a çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Şəfa" 3 xalla onuncu yerdədir.
Günün ilk görüşündə "Sabah" "Zirə"ni beş cavabsız qolla üstələyib.
Xatırladaq ki, ötən gün baş tutan matçlarda "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib. IV tura sabah yekun vurulacaq.
Oxşar xəbərlər
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Türkiyə Superliqasında daha bir oyun keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, IV turun mərkəzi matçında "Fənərbağça" "Beşiktaş"ı qəbul edib. Qarşı...