"Neftçi"nin məşqçisi "Sərhədçi" üzərində qazanılan qələbəni şərh edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIX turunda "Sərhədçi"yə qalib gəldikləri oyunu şərh edib.
"Report" xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:
"İlk öncə qələbə münasibətilə komandamı təbrik edirəm. Bildiyimiz kimi, pley-offa az qalıb. Hər bir oyun vacibdir. Bu görüşdə müdafiə ribaundlarında problemlər yaşadıq. Rəqib komanda 23 hücum ribaundu etmişdi və təbii ki, bu, çoxdur. Bunun üzərində işləməliyik. Ribaunda nəzarət edən komanda qalib olur. Artıq biz Azərbaycan kubokunun yarımfinalına hazırlaşacağıq".
Qeyd edək ki, "Sərhədçi" - "Neftçi" matçı ikincilərin 84:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...