"Neftçi"nin məşqçisi: "Bu gün hücumda və müdafiədə yaxşı oynadıq"
Bu gün hücumda və müdafiədə yaxşı oynadıq.
"Report" xəbər verir ki, bunu "Neftçi"nın məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIV turunda "Sərhədçi" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Çox çətin oyun oldu. Sonuncu görüşdə məğlub olmuşduq. Odur ki, bu qələbə çox vacib idi. Müdafiədə yaxşı çıxış etsək və ötürmələrdə səhvə yol verməsək istənilən komandaya qalıb gələ bilərik. Bu gün elə də oldu. Rəqib komandanı 67 xalda saxladıq və 26 assistimiz var idi. Ümumiyyətlə, bu gün hücumda və müdafiədə yaxşı oynadıq. Komandamı qələbə münasibətilə təbrik edir və uğurlar arzulayıram."
Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" qarşılaşması birincilərin 82:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Florentino Peres: Neqreyra işi futbolda ən ciddi qalmaqaldır
Madrid "Real"ının prezidenti Florentino Peres Neqreyra işi ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, klub prezidenti qeyd edib ki, "Real"ın əsas pro...